Şrift:
Bir şəklin tarixçəsi - Bakıya yeridilən ingilis əsgərlərin AQİBƏTİ
16.09.2019 [10:46] - Gündəm, DAVAMın yazıları
Bu gün Bakının bolşevik-daşnak birləşmələrinin işğalından azad olunması günüdür.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil də həmin dönəmi - 101 il əvvəli əks elətdirir.

Zaman - 1918-ci ilin avqust ayı... Məkan Azərbaycan…

Komandan Nuru Paşanın rəhbərlik etdiyi Osmanlı Ordusunun Bakıya gəlişi gözlənilir. Həmin ərəfədə - 1918-ci il iyulun 31-də Bakıdakı sovet hakimiyyəti böhrana düşərək iyulun istefaya getdi. Onun yerində qondarma “Sentrokaspi diktaturası” adlı hökumət quruldu. “Sentrokaspi diktaturası” azərbaycanlılar və türklərdən ibarət Qafqaz İslam Ordusunun qarşısını almaq üçün Böyük Britaniyaya müraciət etdi. Və Britaniya general Lionel Çarlz Denstervilin komandanlığı altında “Dunsterforce” adlanan hərbi kontingingenti Azərbaycanda qurulan “Sentrokaspi diktaturası”ının dəvəti ilə təcili olaraq Bakıya yeritdi.

Və bu şəkildən göründüyü kimi, Britaniya ordusunun general-mayoru Denstervilin komandanlığı ilə "Dunsterforce" birləşməsi artıq Bakıdadır.

Birləşmədə Kral Hərbi-Dəniz Qüvvələrinin dəniz piyadaları taburu, polkovnik-leytenant Faviellin 39-cu piyada briqadası, Uels şahzadəsinin 7-ci Şimali Staffordşir taburu, Kral Yorkşir 9-cu taburu və Vusterşir polkunun 9-cu taburu vardı.

“Sentrokaspi Diktaturası" üçün Britaniya Bakıya 900 hərbçi yollamışdı.

O zaman Bakı şəhəri beynəlxalq güclərin mənafelərinin toqquşduğu meydana çevrildi. Ancaq bütün hüquqi və hərbi maneələrə, erməni-daşnak quldurlarının fitnə-fəsadlarına baxmayaraq, Qafqaz İslam Ordusu inamla Bakıya, qan qardaşlarının xilasına doğru hərəkət edirdi.

Böyük Britaniya, Almaniya, Rusiya kimi böyük dövlətlərin müdaxiləsi, yaratdığı maneələr Qafqaz İslam Ordusunu dayandıra bilmədi. Bakı şəhəri mühasirəyə alındı. İngilislər və “Sentrokaspi diktaturası”, erməni-daşnak tör-töküntüləri türk hücumları qarşısında şəhəri qoyub qaçdılar. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü.

Qafqaz İslam Ordusuna müqavimət zamanı Bakıda xeyli britaniyalı əsgər öldü.. Hazırda Bakıda onlara anım abidəsi də var. Alt şəkildə həmin abidə təsvir olunub.
Bir şəklin tarixçəsi - Bakıya yeridilən ingilis əsgərlərin AQİBƏTİBir şəklin tarixçəsi - Bakıya yeridilən ingilis əsgərlərin AQİBƏTİ
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed