Şrift:
MEK qeydiyyatda olmayan tarixi abidələr mövzusunda təlim-seminar keçirib
19.09.2019 [09:06] - Gündəm, DAVAMın yazıları
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) və Qafqaz Tarixi Mərkəzinin birgə təşkilatçılığı ilə “UNESCO” kafedrasının Milli irsin öyrənilməsi üzrə “Günəşin axtarışında” İşçi qrupunun “Qeydiyyatda olmayan tarixi abidələr haqqında pasport informasiyasının toplanılması, sistemləşdirilməsi və yerləşdirilməsi” mövzusunda seminarı keçirilib.

Tədbirdə tarixi, arxeoloji və memarlıq abidələrin qorunması məqsədilə dövlət qurumlarına dəstək, əhalinin zəruri biliklərlə məlumatlandırılması və könüllülərə informasiyanın toplanılması alqoritminin təqdim edilməsi məsələləri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan MEK direktoru Leyla İmanova Milli Rəqəmsal Yaddaş layihəsi çərçivəsində son dövrdə “Günəş axtarışında” İşçi qrupu ilə Azərbaycanın mədəni-tarixi irsinə aid görülən işlərdən danışıb. L.İmanova bildirib ki, seminarın məqsədi reyestri olmayan tarixi abidələrin qeydiyyata alınması, onlar haqqında ilkin məlumatın formalaşdırılması və informasiya şablonunun təqdim edilməsidir. L.İmanova müzakirə edilən fəaliyyətin MEK-in prioritet vəzifələrindən biri olduğunu vurğulayıb.

Hüquq və İnsan haqqları İnstitunun baş elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESKO-nun dosenti Rizvan Hüseynov 2 il öncə Mərkəzi Elmi Kitabxananın nəzdində yaradılmış “UNESKO” kafedrasının araşdırılmamış və qeydə alınmamış fiziki vəziyyəti qənaətbəxş olmayan abidələr, məzarlar, dini məbədlər, “milli marker” hesab edilən qoçdaşlar haqqında məlumatların toplanılması, sistemləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Sınaq layihəsi kimi fəaliyyətə Azərbaycanın qərb regionundan – Gədəbəy, Qazax, Şəmkir bölgələrindən – başlanıldığını bildirən R.Hüseynov qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə fikirlərini bölüşüb.

Tədbirdə “Günəşin axtarışında” İşçi qrupunun üzvləri – Renat Cəfərov, Sabit Qurbanov, İlqar Həsənov, Şəfa Mövsümov, Qafqaz Ömərov və başqaları çıxış edərək adı çəkilən abidələr haqqında informasiya şablonunun hazırlanması, yerli əhalinin təlimatlandırılması, könüllərin cəlb edilməsi barədə təkliflərini səsləndiriblər. R.Cəfərov informasiya şablonunun əks etdirdiyi müddəaları – abidələrin yerini, fotoəksini, yerli sakinlər ilə izahat işinin aparılmasını, məlumatların toplanılma qaydalarını və başqa tələbləri diqqətə çatdırıb.

AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed