Şrift:
Marneuli rayonundakı məktəblərin hamısı yenilənəcək
19.09.2019 [11:48] - Borçalı
Marneulidə məktəblərin təmiri, yenidən qurulması və yenilərinin tikilməsi ilə bağlı plan hazırlanıb. Çalışırıq ki, insanlar, xüsusən də gənc nəsil daha müasir, rahat və hər cür şəraiti olan məktəblərdə təhsil alsın.

Bu sözləri müsahibəsində Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı deyib.

Onun sözlərinə görə, rayon icra hakimiyyəti, rayon bələdiyyəsi və təhsil şöbəsi ilə birgə hazırlanmış planda Marneuli üzrə 17 məktəbin yenilənməsi nəzərdə tutulub. Bu məktəblərin 7-si söküləcək və yerində tam yeni məktəb binası inşa olunacaq. Qalan 2 məktəb binası yenidən qurulacaq, digər 8 məktəbdə isə təmir işləri aparılacaq.

Z.Darğallı bildirib ki, bütün bu işlərin 2021-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Marneulidə 100 minə yaxın əhali yaşayır. Onların da 85 faizi azərbaycanlıdır.



Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed