Şrift:
Estoniya polisi sürücülərə cərimə ödəmək əvəzinə yolda durmağı təklif edir
27.09.2019 [10:05] - Gündəm, Hüquq
Estoniya polisi avtomobil yollarında sürət rejimini pozan sürücülərlə mübarizədə eksperimental üsulun tətbiqinə başlayıb.

Sürət həddini aşdığı üçün yolda polis tərəfindən saxlanılan sürücülərə cəriməyə alternativ cəza təklif olunur. Sürücü 400 avro cərimə ödəməmək üçün avtomobilini yol kənarında 1 saat saxlamaqla gözləməli, daha sonra yoluna davam etməlidir. Bunu şərti olaraq “sakitləşdirici tənəffüs” adlandırıblar.

Estoniya polisi bu təcrübənin effektivliyini görərsə müvafiq cəza növünün qanunda əks olunacağı bildirilir.

Aygün Əliyeva
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed