Şrift:
Türkiyə Superliqası: "Başakşəhər" dogma meydanda "Rizəspor"u darmadağın edib
28.09.2019 [09:51] - Gündəm, İdman
Sentyabrın 27-də futbol üzrə Türkiyə Superliqasının VI turunun ilk qarşılaşmasında "Rizəspor" səfərdə "Başakşəhər"in qonağı olub.

"Fateh Terim" stadionunda baş tutan görüş maraqlı hücumları ilə yadda qalıb. Görüşdə hesabı ilk hissənin 19-cu dəqiqəsində İstanbul klubunun hücumçusu Daniyel Aleksis açıb. Meydan sahibləri 33-cü dəqiqədə bir daha fərqləniblər. Fredrik Gulbrandsen hesabı ikiyə çatdırıb. Birinci hissə elə bu hesabla bitib. İkinci hissənin 73-cü dəqiqəsində Daniyel Aleksis özünün ikinci komandasının isə üçüncü qolunu vurub. "Başakşəhər" 87-ci dəqiqədə hesab arasındakı fərqi dördə çatdırıblar. Enzo Kriveli çərçivəni dəqiq nişan alıb. Lakin buda oyunda son qol olmayıb. İstanbullular 91-ci dəqiqədə İrfan Qəhvəcinin qolu ilə hesabı 5:0 çatdırıblar. Beləliklə "Başakşəhər" doğma meydanda "Rizəspor"u darmadağın edib. Bu oyundan sonra "Başakşəhər" çempionatda 8 xalla 6-cı pillədə qərarlaşıb.

Turun digər qarşılaşmaları bu gün və sentyabrın 29-30-da keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed