Şrift:
YUĞ Teatrı yeni mövsümə premyera ilə başlayıb
30.09.2019 [09:23] - Gündəm, Afişa
YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabr ayının 28-də saat 20.00-da V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşasının premyerası ilə açıb.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, Teatr sektorunun müdiri Könül Cəfərova, teatrşünaslar və media nümayəndələri iştirak edib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə YUĞ Teatrının aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.

Kollektiv V.Şekspirin “III Riçard” əsərini yeni səhnə redaksiyasında təqdim edib. “Lənət” adı ilə təqdim olunan səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoqinya York, Riçardın anası, Kölgə) çıxış ediblər.

Tamaşadan sonra Nazir kollektivi təbrik edib və uğurlar arzulayıb.
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed