Şrift:
Bakıda “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans keçiriləcək
30.09.2019 [14:03] - Gündəm, Hüquq
Oktyabrın 4-də Bakıda “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfrans Azərbaycan vəkilliyinin 100, müstəqil vəkillik institutunun yaradılmasının 20 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təsis edilməsinin 15 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində təşkil olunacaq.

Vəkillər Kollegiyasının təşkilatçılığı ilə keçiriləcək konfransda bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, yerli və beynəlxalq təşkilatların, həmçinin 30-a yaxın ölkənin Vəkillər kollegiyalarının yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər.
Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed