Şrift:
Nəriman Nərimanovun Marneuli rayonundakı abidəsi yenidən qurulacaq
18.10.2019 [11:58] - Borçalı
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, böyük ədib Nəriman Nərimanovun Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı abidəsi yenidən qurulacaq.

Bu barədə AZƏRTAC-a Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı məlumat verib.

Bildirib ki, hazırda rayon ərazisində, xüsusilə də şəhər mərkəzindəki küçə və parkların, görkəmli şəxsiyyətlərin bu parklardakı abidələrinin bərpası və təmirinə başlanılıb. Artıq bir neçə park yenilənib və təmir olunub. Həyata keçirilən layihədə Marneulinin mərkəzindəki N.Nərimanov adına parkın və böyük ədibin abidəsinin bərpası da nəzərdə tutulub. Yaxın vaxtlarda parkda abadlıq işlərinə başlanılacaq və abidə yenidən qurulacaq.

“Görkəmli ictimai-siyasi xadim N.Nərimanovun Marneulinin mərkəzindəki abidəsi bərbad haldadır. Abidənin ciddi təmirə ehtiyacı var. Abadlıq, təmir-bərpa işlərindən sonra park əhalinin əsl istirahət mərkəzinə çevriləcək”, - deyə Z.Darğallı qeyd edib.
Bu xəbər oxucular tərəfindən 620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed