Şrift:
Xədicəkimilərə cavab!!!
05.09.2012 [00:35] - Gündəm, Gənclik
Düşüncə və vicdan azadlığı adı altında Azərbaycanda hər cür xəyanət və hər cür ləyaqətsizlik təbliğatının aparıldığı ünvan olan Azadlıq Radiosu bu dəfə də məni təəccübləndirmədi. Bu radionun ən reytinqli proqramının aparıcısı, Xədicə İsmayıl adlı hansı keyfiyyətdə insan olduğu cəmiyyətə əvvəlcədən məlum olan şəxsin Azərbaycanın doğma övladı Ramil Səfərova yönəltdiyi ittihama verdiyim reaksiyanı başqa cür şərh etmək qabiliyyətində deyiləm! Hansı əqidəyə qulluq etdiyi məlum olmayan satılmışların milli mənfəətlərimizə düşmən kəsilməsinə ilk dəfə şahid olmuruq. Son şahidliyimiz də deyil təbii ki. Bu cür satılmış əqidəlilər çox təəssüflü bir haldır ki, daim torpaqlarımızda var olub. Cümhuriyyət dövründə gənclərimizi milli ordudan yayındırmağa çalışan Doktor Nərimanın müasir davamçıları bu gün də Azərbaycanda ləyaqətsizliklə məşğuldur...

Milli fəxrimiz, böyük qardaşım Ramilin başına gələnlər Xədicə İsmayılın başına gəlsəydi əminəm ki, layiq olduğu yerə səkkiz il öncə vasil olmuş erməni zabitinə hörmətlə yanaşardı. Bayraq, milli namus və məfkurə kimi dəyərlərin nə olduğundan xəbəri belə olmayan Xədicə və onun törəmələri məhz bu səbəbdən böyük qardaşımı caniliklə ittiham edir. Çox güvəndikləri, hər fürsətdə dəstək aldıqlarını qürur hissiylə dilə gətirdikləri Qərb dövlətlərinin Ramillə bağlı mövqeyi nədirsə Xədicənin də mövqeyi odur! Çünki bunların dili, qərbin ‘’demokratiya’’ adlı xəyali hasarlarla əhatə etdiyi sərhədlərin xaricinə çıxa bilməz. Maddi dəstək aldıqları qüvvələrin əmr etdiyi hər fikri bunlar dilə gətirmək məcburiyyətindədir. Yoxsa dəyirmanlarına tökülən çayın mənsəbi dəyişər!
Xədicə və Xədicəkimilər öz satılmışlıqlarına bəhanə kimi Azərbaycanda insan haqqlarının, vətəndaş hüquqlarının pozulmasını, ölkədəki korrupsiyanı göstərir! Yəni Azərbaycanda insan haqqları pozulursa və hakim qüvvələr korrupsiya ilə məşğuldursa mütləq Qərb dövlətlərindən maddi dəstək alıb ölkədə xaos yaratmaq, üstəlik Azərbaycan bayrağını öz ömründən üstün tutub uğrunda həyatını fəda edən bir şəxsi təhqir etmək lazımdır (!). Xədicənin təmsil etdiyi siyasi cinah və əks cinah arasında gedən və öz iyrəncliyi ilə ürək bulandıran siyasi mübarizədən daim kənarda qalmağa çalışsam da bu cür qərəzli fikirlər məni mövzuya müdaxil olmağa vadar edir. Şərəfsiz və əxlaqsız üsullarla siyasi düşərgələr arasında aparılan mübarizədə hər cinah digərini qərəzli şəkildə ittiham edir. Xədicənin Ramilə qarşı olan kin və kudurətinin arxasında da Ramilin Azərbaycana gətirilməsində əməyi olan qüvvələrini siyasi mövqeyi dayanır. İndiyə kimi Ramillə bağlı heç bir iddia, heç bir ittiham irəli sürməmiş, bu mövzuda hər zaman öz neytrallığını qorumuş bir şəxs Ramil Səfərov Azərbaycanın dövlət başçısı tərəfindən əfv edildikdən sonra ona qarşı kin qusmağa başladı. Heç bir siyasi partiyanın və ya fikrin dəstəkçisi və icraçısı olmadığım halda Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv edilməsini dövlətim üçün şərəfli bir addım, özüm üçün fəxr hesab edirəm! Xədicə isə Ramilin Azərbaycana gətirilməsindən bəzi şəxslərin öz siyasi məqsədləri istiqamətində istifadə edə biləcəkləri üçün bu addımı qınayır və hətta Ramili təhqir edir! Əgər Xədicə bu siyasi mübarizənin şəffaf və etik şəkildə aparılmasını tələb edirsə Ramilin azadlığını təmin etmək -siyasət olsa belə- kifayət qədər əxlaqlı, kifayət qədər şərəfli bir siyasətdir! Kaş ölkəmdəki bütün siyasətçilərin siyasi həmləsi bu cür olardı...

Erməni lobbisinin fəaliyyətlərinin yüksək səviyyədə olduğu bəzi qərb dövlətləri Ramil azadlığa çıxan kimi şüvən qoparmağa, insan haqqları və hümanizm bəhanələriylə dövlətimi suçlamağa başladılar. O qərb dövlətləri ki, iyirmi il əvvəl Qarabağda gənclərimizin şəhid olduğu, qadınlarımızın namusunun ləkələndiyi, körpələrimizin işkəncə gördüyü vaxt erməni vəhşiliyi qarşısında susurdu! İnsan haqqlarından dəm vuran qərb iki milyondan çox məcburi köçkünün öz doğma yurduna qaytarılmasını tələb etmək yerinə Ramilin yenidən məhkəməyə çıxarılmasını tələb edir. Bununla da kifayətlənməyib, Azərbaycanın daxilində öz kisəsiylə doydurub bəslədiyi Xədicə və onun kimi satılmış bəzi ‘’demokratların’’ ağzıyla Ramili ləkələməyə çalışır!
Xədicə və əmrində işlədiyi bütün qüvvələr, bütün ölkələr, bütün partiyalar, bütün parlamentlər, bütün lobbilər yaxşı bilsinlər ki, Azərbaycan öz doğma övladı Ramil Səfərova nəticəsi savaş olsa belə sonuna qədər sahib çıxacaq! Azərbaycanın ləyaqətini, bayrağa olan sevgisini öz ömründən uca tutan Ramil kimi qəhrəmanların bu millətin gözündə olan dəyərini anlamaq Xədicəkimilərin və qulluğunda durduqları qüvvələrin işi deyil! Çünki onlar üçün ləyaqət, yaşıl rəngli əskinaz aldıqları fondların əmri və nəzarəti daxilində işləməkdən, danışmaqdan və yazmaqdan başqa bir şey deyil!

Azərbaycanın daxilində olan problemləri bizi hər fürsətdə arxadan vuran dövlətlərin dəstəyi ilə həll etməyə çalışmaq kimi bir xəyanətə də əsla imkan verilməyəcək! Azərbaycanın qurtuluşu xalqın milli iradəsiylə üç rəngli bayrağın kölgəsində olacaq! Azərbaycanda olan problemləri bəhanə edib Suriya va Liviyada olduğu kimi vətəndaş müharibəsi yaratmağa , cəmi 20% torpağı müstəqil olan Azərbaycanı Səlib yürüşlərinin hədəfinə çevirməyə, qərbin ‘’neft demokratiyasını’’ Azərbaycana gətirməyə çalışan, və bu yolda bütün üsullardan istifadə etməkdən çəkinməyən satılmışlara nəyin bahasına olursa olsun qarşı çıxılacaq!

Xədicə Ramilə söz atmaq əvəzinə, əmrində işlədiyi ‘’demokratik’’ qüvvələrdən o çox məşhur demokratiyalarını bir az da nefti və qazı olmayan ölkələrə aparmaqlarını tələb etsin! Ramilə uzanan hər dili, edilən hər həqarəti, atılan hər böhtanı Ramilin mənəvi qardaşı kimi öz üstümə götürürəm! Hər fürsətdə və hər üsulla layiqli cavabı verməkdən çəkinməyəcəm!

Bu gün Azərbaycan varsa Xədicələr yox Ramillər sayəsində var!

Ozan Elmir Abbasoğlu
04.09.2012
Ankara
Bu xəbər oxucular tərəfindən 1683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed