Şrift:
Marneulidə Azərbaycan iş adamları ilə görüş keçirilib
19.10.2019 [12:08] - Borçalı
Gürcüstanın Marneuli rayonunda Azərbaycan iş adamları ilə görüş keçirilib.

Marneuli meriyasının qarşısında keçirilən görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo-Kartli regionunun qubernatoru Şota Rexviaşvili, Marneuli meri Zaur Darğallı, “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri iştirak ediblər.

Z.Darğallı və Kvemo-Kartli regionunun qubernatoru Şota Rexviaşvili Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik ediblər.

Qubernator bildirib ki, Gürcüstan hökumətinin qəbul etdiyi üçillik iqtisadi inkişaf planı iş adamları üçün əlverişli imkanları və güzəştləri nəzərdə tutur. O, Azərbaycan iş adamlarını bu imkanlardan yararlanmağa çağırıb.

Səfir D.Həsənov ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb. Azərbaycan Prezidentinin Gürcüstan ilə əlaqələrə xüsusi diqqət yetirdiyini bildirib. Bildirib ki, belə görüşlər münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edir.

Diplomat dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib. O, “Caspian European Club”un təşəbbüsü ilə reallaşan bu görüşün iqtisadi əlaqələrimizin inkişafına təkan verəcəyini vurğulayıb.

İş adamları görüşdən sonra Marneulidə fəaliyyət göstərən 4 istehsal müəssisəsinə baş çəkib və buradakı şəraitlə tanış olublar. İstehsal müəssisələrinin fəaliyyəti barədə məlumat verilib.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed