Şrift:
Marneulidə “Nizami Gəncəvi və Şota Rustaveli” adlı bədii tədbir keçirilib
02.11.2019 [21:12] - Borçalı
Gürcüstanın Borçalı vilayətinin Marneuli şəhərində "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin (GAİM) təşkilatçılığı ilə “Nizami Gəncəvi və Şota Rustaveli” adlı bədii tədbir keçirilib. Tədbirdə dahi Azərbaycan mütəffəkiri, şairi Nizami Gəncəvinin eləcədə görkəmli gürcü şairi və yazarı Şota Rustavelinin əsərlərindən parçalar təqdim olunub.
Tədbiri giriş sözü ilə “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin idarə heyyətinin sədri Murad Muradov aşıb. Sonra mərkəzin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Fatma Əliyeva və Gürcü dili və Ədəbiyyat müəlliməsi Leyla Babayeva çıxışlar edərək gürcü və azərbaycan dilində ədiblərin həyat və yaradıcılıqları haqda tədbir iştirakçılarına məlumat veriblər. Bədii tədbirin davamında mərkəzin gəncləri Gürcü və Azərbaycan dillərində iki dahi şəxsiyyətin əsərlərindən parçalar səsləndiriblər.
Tədbirdə Azərbaycanlı ziyalılarla yanaşı Gürcü ictimaiət nümayəndələri də iştirak ediblər. Gürcüstanda ilin müəllimi seçilmiş Giorgi Caucidze və professor Mahmud Kamal oğlu çıxış edərək belə tədbirlərin əhəmiyyətindən danışıblar. Tədbirin sonunda Müslüm Maqomayevin baş rolda çəkildiyi "Nizami" filmindən fraqmentlər nümayiş olunub, onun ifasında "Sənsiz" romansı tamaşaçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, "Sənsiz" romansının bəstəkarı dahi Üzeyir Hacıbəyova, sözləri isə Nizami Gəncəviyə məxsusdur. Tədbirin sonunda mərkəzin bir qrup müəllim və şagirdləri Marneulidə "The-House" mərkəzinin önündə Nizami Gəncəvi və Şota Rustaveliyə qoyulan abidəni ziyarət edərək önünə gül dəstələri qoyublar.

DAVAM.AZ
Tiflis (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed