Şrift:
Azərbaycanda məhkəmə ekspertləri attestasiyadan keçiriləcək
07.11.2019 [12:53] - Hüquq
Bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir. Belə ki, qanuna yeni 11-2-ci maddə ( Məhkəmə ekspertlərinin attestasiyası) əlavə edilir. Yeni maddəyə görə, məhkəmə ekspertləri 5 ildə bir dəfədən az olmayaraq attestasiyadan keçirilirlər. 20 ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddır. Attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir. Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed