Şrift:
Gözüyuxulu şair yuxuda kimləri görmüşdü?
12.11.2019 [09:38] - Köşə yazarları, DAVAMın yazıları
Türk dünyasının fazillərindən biri Səid Əfəndi Ünsizadə (1842,Şamaxı-1903,İstanbul)

Gözüyuxulu şair yuxuda görür ki,şəhərdə kiməsə yubiley keçirirlər.Şair yubilyarı müəyyənləşdirmək,onu tanıma istəyir. Burada bir neçə Şamaxılının adı sonalanır.
1.Xaqani -XII əsr Azərbaycan şairi
2.Zülfiqar Şirvani-XII əsr Azərbaycan şairi3.Həsən bəy Məlikov( arxivlərdə onun da əslən Şamaxılı olması bildirilir-N.N.) Əkinçi qəzetinin redaktoru , MDU-nun məzunu.
4.Səid Ünsizdə-
"Kəşkül"ün müdiri
(Əslində "Kəşkül"ün müdiri Cəlal Ünsizadə idi.Amma yazılardan məlum olur ki,Səid və Cəlaləddin Ünsizadə qardaşları "Kəşkül"ü Zaqafqaziyada mətbuatı əllərində cəmləşdirmək üçün ayrıca mətbu orqan kimi göstərmişlər)
5.S.Ə.Şirvani,şair,təzkirə müəllifi,böyük maarifçilərdən biri.
6.S.M.Qəniyev,ik ali pedaqoji təhsilli 3 müəllidən biri
7.Həbib bəy Mahmudbəyov,S.M.Qənizadənin tələbə yoldaşı və dostu.
Onların hər ikisi 1887-ci ildə Baklda yaradılan rus-tatar məktəbi adı ilə tanınan yeni tipli ibtidai məktəbin yaradıcısıdır.
8.Mahmud bəy Mahmudbəyov- "Rəhbər" jurnalının yaradıcısı,Qori Müəllimlər Seminariyasının məzunu,dərslik müəllifi,M.Ə.Sabirin ilk kitabının tərtibçilərindən biri.
***
Şairi başa salırlar ki,yubiley ,sən düşünənlərin şərəfinə deyil.
Bu təntənəli yubiley Şamaxıda dərs deyən Axıska türkü Əlhafiz Əfəndi Şeyxzadənin şərəfinə keçirilir.
Şair təsəvvüründə yanıldığına hetifsilənir.Əlbəttə,Hafiz Əfəndi hafizəli,dərin bilikli müəllim idi.
Şair düşünür ki,görəsən belə tntənəli yubiley Şamaxının adı tarixlərə düşən daha önəml yaradıcı insanlarının şərəfinə keçirilə bilməzdimi?
***
İndi, nə deyirsiniz, ay millət,gec də olsa, sözün kəsəsi və mustafası,
Səid Əfəndi Ünsizadəyə
(1842,Şamaxı-1903,İstanbul),
onun yaratdığı Məclis Məktəbinə (1874),imtiyaz sahibi olduğu "Ziya" qəzetinə (25.01.1879-26.06.1884) yubiley keçirəkmi?
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq
İstinad mənbəyi
1.M.Ə.Sabir.."Hophopnanə ".
2 cilddə, 2-ci cild. Bakı, "Şərq Qərb" 2004.səh 33 -35
2. "Molla Nəsrəddi " jurnalı, Gözüyuxulu. ."Vaqieyi-yubileykaranə" şeiri,
N 10; 09.03.1911
***
09.11.2019.
P.S.
“...Əhsən, – dedim, – ən gözəlcə bir şey,
Хaqani üçünmü işbu yubley?
Ya seyyidi-paki-Zülfüqari
Yad etdiz o şairi-diyari?
Yoхsa Məlikov Həsənbəyi-pir
Əlyövm olunur vətəndə təqdir?
Əkdikləri danələr göyərdi,
Bəh, bəh, necə dadlı meyvə verdi!
Yaхud, de görüm, müdiri-“Kəşkül”
Ünsizadə Səidi-mə’qul
Etdikləri ictihadə nisbət
Millətdən alır bu gündə qiymət?
Yainki o Seyyidi-Əzimi
Şad etdiz o şairi-nədimi?
Yoхsa Qəniyev Məcidi təbcil
Etmək səbəbincədir bu təşkil?
Məhmudbəyov ol Həbibi yoхsa,
Alqışladız ol ədibi yoхsa?
Yaхud, de görüm, müdiri-“Rəhbər”
Məhmudbəyəmi bu e’tinalər?”
“Lal ol, – dedi, – Zülfüqar kimdir?!
Хaqaniyi-namdar kimdir?!
Kimdir Məlikov Həsənbəyi-pir?
Millət onu çoхdan etdi təkfir!
Kimdir, nəçidir o Ünsizadə?
Həp dinimizi verirdi badə!
Ya Seyyid Əzim kimdir, oğlan?
Bir şair idi yazırdı hədyan!
Məhmudü Həbib, ya Məcidin
Çəkmə adını o üç pəlidin!
Ömründə belə niyaz qılmaz,
Bunlar üçü də nəmaz qılmaz.
.
Yubleydir bu, həba deyildir,
Var qiyməti, kəmbəha deyildir;
Hər elmi ufaq müəllim əsla
Layiq olamaz bu feyzə, illa.
Layiq belə yubleyə ziyadə
Əlhafiz əfəndi Şeyхzadə”
İşbu sözü söyləyib də təkrar,
İstərdi edə bir az da göftar.
“Dinmə, – dedim, – oldu qissə məfhum,
Rumi ki, dedin, qəziyyə mə’lum..”
. . . . . . . . . . . . . . . . . . . . . . . .
Dərpərdə olan rümuzu qandım,
Bu halda хabdən oyandım.
Gördüm bu rübaiyi mükərrər
Təb’im ediyor dəmadəm əzbər:
Qanunü qəvaidi-təbiət
Qoymuş bu cəhanda boylə adət:
“İnsandakı cəhldən ziyadə
Həqsizlər edərlər istifadə”.

***

Görkəmli Azərbaycan şairi M.Ə.Sabir Tahirzadə (1862-1911)
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed