Şrift:
Banklar kredit barədə Mərkəzi Bankı məlumatlandıracaq
12.11.2019 [10:12] - İqtisadiyyat
Mərkəzi Bankın İdarə Heyəti “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişiklik edib. Bu Təlimat Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun (statistik vahidlər) pul və maliyyə əməliyyatları üzrə statistik hesabatların tərtib və təqdim edilməsi qaydalarını müəyyənləşdirir.
Hesabatın tərtib olunmasında məqsəd Mərkəzi Bank tərəfindən pul siyasətinin işlənməsində istifadə etmək üçün statistik vahidlərin depozit, kredit və qiymətli kağızlar bazarında əməliyyatlar üzrə fəaliyyəti, maliyyə bazarlarında faiz dərəcələri, bu əməliyyatların müxtəlif növləri, valyutası, iqtisadiyyatın sektorları və ölkənin regionları üzrə bölgüsü haqqında statistik məlumatların əldə edilməsidir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed