Şrift:
Azərbaycan Mədəniyyət Muzeyinin rəhbərinə medal təqdim olunub
12.11.2019 [14:15] - Borçalı
Gürcüstanın paytaxtı Tiflis şəhərində fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunub. GAXA-nın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Leyla Əliyevaya medalı təqdim edib. Komitə sədri L.Əliyevanı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan Xalq Cümhuriyyəti irsinin qorunmasında onun rəhbərlik etdiyi muzeyin əvəzsiz rolu olduğunu bildirib.
M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru L.Əliyeva göstərilən yüksək etimada görə dövlət başçısına minnətdarlığını bildirib, Azərbaycan mədəniyyətini təmsil etməyin şərəfli bir iş olduğunu diqqətə çatdırıb. O, bildirib ki, Cümhuriyyətlə bağlı medalla təltif olunmağım üzərimə əlavə məsuliyyət qoyur və mənə yeni güc verir.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed