Şrift:
Qumar öldürür – Gürcüstanda qumar oyunları əleyhinə aksiya keçirilib
13.11.2019 [13:27] - Borçalı
Gürcüstan hökumətinin binası qarşısına etiraz aksiyası keçirmək üçün toplaşan onlarla insan ölkədə qumar oyunlarının reklamının qadağan olunmasını tələb edib.
Aksiya iştirakçıları əllərində “Qumar oyunları öldürür”, “Hər biz kazino – Vətəndaş reyestridir” və “Uşaqlarınızı qoruyun” sözləri yazılmış plakatlar tutublar. Aksiyanın təşəbbüskarı Gürcüstan Ali Ədliyyə Şurasının üzvü Anna Dolidze bununla bağlı petisiya başladıb. Aksiya iştiakçılarının əsas tələbləri bunlar olub: 25 yaşınadək Gürcüstan vətəndaşlarının qumar müəssisələrinə buraxılışını qadağan etmək; qumar asılılığından əziyyət çəkən insanların müalicəsini maliyyələşdirmək; qumar oyunlarının reklamlarını qadağan etmək; internet vasitəsilə qumar məsələsini tənzimləmək; bütün kazinoları xüsusi turizm bölgələrinə köçürmək və 1 Noyabr tarixini qumar oyunları ilə mübarizə günü elan etmək. “Analar qumar oyunlarına qarşı” QHT-nin rəhbəri Tamara Caparidze, analar adından hökumətə müraciət edib.
“Hökümətə, Səhiyyə Nazirliyinə müraciət edirəm, gəlin, qumar oyunlarını ağır xəstəlik kimi tanıyaq. Bizim yaşayış hüququmuz Konstitusiya tərəfindən təmin edilir, ancaq siz bu hüququ pozursunuz. Özünüzə gəlin və təcili addımlar atın”, – deyə Caparidze bildirib.
Gürcüstanda qumar oyunları mövzusu Birinci kanalın operatoru Sandro Beradzenin ölümündən sonra aktuallaşıb. Atasının dediyinə görə, gənc oğlan qumar oyunlarına aludə olmuşdu və buna görə çoxlu borcu vardı. Sandro Beradze 5 günlük axtarışdan sonra oktyabrın 29-da Tiflis ətrafındakı Tsxvariçamiya kəndi yaxınlığında ölü tapılıb.
Bundan bir qədər sonra Birinci kanal gələn ildən etibarən qumar oyunlarını reklam etməyəcəyini elan edib. Qumar oyunları Gürcüstanda aparıcı sənaye sahələrindən biridir. Bu sektordan gələn gəlirlər hətta banklardan gələn gəlirləri üstələyib. Tamara Caparidzenin sözlərinə görə, Gürcüstanda 700 min qumar asılılığı olan şəxs var. Ölkənin hər beş sakinindən biri oyun asılısıdır. Gürcüstan əhalisinin sayı 3,7 milyon nəfərdir. Rəsmi statistika yoxdur. Amma QHT-nin araşdırmalarının nəticələrinə inansaq, ölkənin 14 yaşlı sakinlərinin 28%-i, 16 yaşlı sakinlərinin 58%-i, 17 yaşlı sakinlərinin isə 90%-i qumar oynayır. Bu yaşda olan gənclərin kazinolara və qumar maşınlarının olduğu salonlara baş çəkmələrinin qadağan edildiyini nəzərə alsaq, onda onların hamısı onlayn-kazino istifadəçiləridir.
Qeyd edək ki, bu aksiyalarda Gürcüstan və Borçalıda yaşayan soydaşlarımız da iştirak ediblər.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed