Şrift:
Təbriz geri çəkilmək fikrində deyil
18.11.2019 [23:46] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın başkəndi Təbrizdə səhər tezdəndən başlanan etirazlar güclənərək davam edir. Təbrizin bütün məhəllələrini bürüyən etirazlarda əhali rejimin qüvvələrinin hücumuna mərdliklə sinə gərib. Toqquşmalar bir sıra məhəllələrdə davam etməkdədir. Təbrizdə polisləri etirazları yatırmaq üçün gətirən avtobus yandırılıb. Həmçinin rejimin xüsusi qvardıyasının motosikletləri etirazçılar tərəfindən yandırılıb. Təbrizdə bəzi bölgələrdə benzindoldurma məntəqələri də yandırılıb. Əhalinin etirazı və molla rejimi arasında toqquşmaların davam etdiyi xəbəri gəlir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed