Şrift:
Marneulidə “Nağıl-noğul balalar” adlı payız bayramı keçirilib
19.11.2019 [14:37] - Borçalı
Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində “Məktəbəqədər hazırlıq” kursunda təhsil alan körpələr üçün “Nağıl-noğul balalar” adlı payız bayramı keçirilib. Tədbirdə mərkəzin icraçı direktoru Aygül İsayeva valideynləri və məktəbəqədər hazırlıq kursunda təhsil alan körpələri salamlayaraq mərkəz haqqında məlumat verib. A.İsayevə bildirib ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində bir sıra kurslar və idman dərnəkləri ilə yanaşı məktəbəqədər hazırlıq kursu da tədris olunur. Təhsil üç dildə, Azərbaycan, gürcü və ingilis dillərində aparılır. Azərbaycan, ANA dilimizin körpə yaşlarından uşaqlara öyrədilməsi çox vacibdir. Hər bir valideynin ən ümdə borcu öz övladına ana dilini sevdirmək və yaşatdırmaqdır deyə o qeyd edib. Daha sonra GAİM-in icraçı direktoru A. İsayeva “Məktəbəqədər hazırlıq” kursunda ingils dili dərsini tədris edən Hannah Holmberqi göstərdiyi töhfələrə görə “TƏŞƏKKÜRNAMƏ” ilə təltif edib.
“Nağıl-noğul balalar” adlı payız bayramı Azərbaycan və Gürcüstanın himnlərinin səslənməsi ilə başlayıb. Sonra məktəbəqədər hazırlıqda təhsil alan uşaqlar Azərbaycan, gürcü və ingilis dillərində şerlər, mahnılar ifa ediblər. Körpə fidanlar “Tık-tık xanım”, “Turp” nağıllarından səhnəciklər göstəriblər. Bayram şənliyi yarış, oyun və rəqslərlə yekunlaşıb.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed