Şrift:
Gürcü efirində Azərbaycanın səsi
21.11.2019 [12:16] - Borçalı
Marneulili gənc müğənni Şaban Məmmədov "Rustavi 2"-nin layihəsi olan "Böyük Səhnə" (“Didi Stsena”) yarışmasına qatılıb. Bu haqda məlumatı Şaban Məmmədovun atası Faril Məmmədov verdi. Onun sözlərinə görə, Şaban Məmmədov 18 noyabr tarixində Tbilisidə baş tutmuş yarışın birinci turunda iştirak edib və ikinci tura keçib.
"Şaban Məmmədov 8 noyabr tarixində Tbilisidə seçim turuna qatıldı. İki gün sonra seçildiyi haqda məlumat aldıq. Ötən günü isə birinci turda iştirak etdi və münsiflər heyəti tərəfindən bəyənilərək növbəti, ikinci tura keçdi. 24 noyabrda növbəti mərhələ olacaq. Əgər bu mərhələdə Şaban onluğa düşə bilsə, Filarmoniya zalında keçiriləcək canlı yayımda iştirak edəcək", – Faril Məmmədov dedi.
Xatırladaq ki, Marneulili müğənni Şaban Məmmədov 5 və 6 oktyabr tarixində Rustavi şəhərində keçirilən Beynəlxalq Əlillər festivalında Gürcüstanı təmsil etmişdi. O zaman Şaban Məmmədov solo ifası ilə festivalın qalibi elan olmuşdu. Həmin festivalda Azərbaycan, İsrail, Ukrayna, Almaniya və Ermənistandan olan yarışmaçılar iştirak etmişdilər.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed