Şrift:
Əgər bir arzunuz və xəyallarınız varsa yetirməkdən qorxub, qaçmayın
22.11.2019 [12:34] - Borçalı
16 yaşlı Sənan Sadaxlı kəndində yaşayır və həmin kəndin 2 saylı məktəbininin 11-ci sinif şagirdidir. Sənan rəsm çəkmək bacarığı ilə öz yaşıdlarından seçilir. O, artıq 6 ildir ki, Marneuli Gənclər Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyində rəssamlığın incəliklərini öyrənir.
“İlk dəfə 3 yaşımda olarkən maşın şəkilləri çəkirdim. 4-cü sinifdən başlayaraq daha gözəl və mənzərəli şəkillər çəkməyə başladım. Bu maraq məndə xalamdan və anamdan irəli gəlir. Elə bu marağımı görən valideynlərim hələ 10 yaşımda olarkən məni Marneulidə yerləşən “Tea House”-da (“Çay Evi”) fəaliyyət göstərən rəsm kursuna yazdırdılar. Artıq 6 ildir ki, rəsmlə məşğul oluram”, – Sənan deyir.
Sənanın sözlərinə görə, rəsm çəkdiyi zamanlar özünü olduqca rahat və yaxşı hiss edir. O, bildirir ki, ən çox insan portreti çəkərkən insanın ağız nahiyəsində çətinlikləri olur. Buna baxmayaraq Sənan deyir ki, insan portretini çəkməyə marağı digər rəsmlərə nisbətən daha çoxdur. Hətta o, sifariş ilə insan portretləri də çəkir. İlk dəfə müəllimi üçün çəkdiyi şəkildən 25 lari pul götürüb və həmin pula isə yeni və rəngli karandaşlar alıb. Dostları Sənanın çəkdiyi şəkilləri çox bəyəndikləri üçün rəssamlığa davam etməsini məsləhət görürlər.
Gənc rəssam, çəkdiyi şəkillərin “Tea House” da payız aylarından başlayaraq sərgilənəcəyini bildirdi. Rəsm çəkməklə məşğul olmasına baxmayaraq o, gələcəkdəki ən böyük arzusunun memarlıq olduğunu bildirdi.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed