Şrift:
Cəzaçəkmə müəssisələrində məhkumlar üçün seminar-treninqlər keçirilib
18.12.2019 [11:54] - Hüquq
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində məhkumların şəxslərin sosial reabilitasiya prosesinin gücləndirilməsi, onlarla aparılan tərbiyə işinin təkmilləşdirilməsi və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi məqsədilə dövlət qurumları və ictimai təşkilatlarla birgə fəaliyyətə əsasən bir sıra müxtəlif səpkili idman, mədəni, maarifləndirici və kütləvi tədbirlər təşkil edilir. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Salyan Rayon Gənclər və İdman İdarəsi ilə imzalanmış birgə tədbirlər planına əsasən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində “Sağlam həyat, sağlam gələcək” mövzusunda narkomaniya, QİÇS və digər zərərli vərdişlərlə mübarizə barədə maarifləndirici seminar-treninq keçirilib. Tədbirdə Salyan Rayon Gənclər və İdman İdarəsinin, Rayon Mərkəzi Xəstəxanasının və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər. Çıxışlarda QİÇS, narkomaniya, eləcə də digər yoluxucu xəstəliklər və zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verilib, onlardan qorunma yollarından danışılıb.
Məhkumların asudə vaxtlarının səmərəli təşkili, vicdan və dini etiqad azadlığının təmin olunması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış birgə tədbirlər planına əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində “Dini həmrəyliyin milli həmrəyliyin möhkəmlənməsində rolu” mövzusunda seminar-treninq də təşkil olunub. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin bölgə nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbəsinin və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər. Seminar-treninqlər məhkumlar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed