Şrift:
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi yaradıldı
18.12.2019 [12:02] - Hüquq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin paytaxtdakı 1, 2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə Dövlət Əmək müfəttişliklərinin bazasında xidmətin Bakı şəhər İdarəsi yaradılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, idarənin yaradılmasında məqsəd Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunun optimallaşdırılması və qurumun idarəetməsinin yaxşılaşdırılması, yerli qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasıdır. Əmrlə həmçinin xidmətin yerli orqanları haqqında Əsasnamə və xidmətin strukturu da təsdiq edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed