Şrift:
Bakı-Tiflis-Qars - əsrin layihəsi kimi Gürcüstana da xidmət edəcək
18.12.2019 [15:33] - Borçalı
Bakı-Tiflis-Qars (BTK) dəmir yolu Gürcüstana bölgədə bir mərkəz kimi xidmət edəcək. GAXA-nın məlumatına görə, bu barədə gürcü və azərbaycanlı ekspertlər qrupu məlumat verib. Ekspertlər eyni zamanda əsrin layihəsini Gürcüstan iqtisadiyyatının gücünün əsas qarantı hesab ediblər. Söhbət Gürcüstana strateji dəmir yolu tikintisinin gətirəcəyi iqtisadi dividenddən gedir, eyni zamanda əsrin layihəsi kimi BTK bölgədə təhlükəsizlik və sabitliyi təmin edəcək siyasi faydası da böyük olacaq.
Xatırladaq ki, 2017-ci il oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.
Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsindən artıq 2 il keçib. BTQ layihəsi Asiya və Avropanı birləşdirir.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed