Şrift:
Tokioda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib
24.12.2019 [11:18] - Diaspor
Yaponiyanın paytaxtı Tokioda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbirdə əsasən Tokioda yaşayan azərbaycanlılar və ölkəmizin buradakı əcnəbi dostları iştirak ediblər. Tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntərin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışıb.
Yaponiyada yaşayan həmvətənlərimizin Azərbaycanı daha yaxşı tanıtmaq istiqamətində fəaliyyətinin son illər xeyli artdığını qeyd edən X.Kələntər qarşıdan gələn “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarında idmançılarımızın uğurlu çıxışlarında da həmyerlilərimizin mühüm rol oynayacağına əmin olduğunu bildirib. Qeyd edib ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları milli ənənələrin, özünəməxsusluğun, ana dilinin, mədəni irsin qorunması və inkişafında, millətlərarası münasibətlərin və xalqlar arasında dostluğun gücləndirilməsində mühüm rola malikdir. Bayram tədbirində müxtəlif musiqi nömrələri səsləndirilib, balaca iştirakçılara Yeni il hədiyyələri təqdim edilib.

DAVAM.AZ
“Uzaq Doğu Bürosu”
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed