Şrift:
Türk dilini müdafiə etdikləri üçün cəza aldılar
24.12.2019 [20:47] - Güney Azərbaycan xəbərləri
İran adlı mollakratiya rejiminin ana dili mərasiminə qatıldıqlarına görə tutuqladığı Güney Azərbaycan Milli Hərəkatının fəalları apellyasiya məhkəməsində mühakimə etdi. Tehranda keçirilən Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində milli fəalların apellyasiya şikayətinə baxılıb. Tanınmış milli fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlının məhkəmə iclası dekabrın 23-də saat 10:00-da keçirilib. Milli fəallar və onların vəkili irəli sürülən bütün saxta ittihamları rədd edərək məhkəmə prosesinin qanuna uyğun həyata keçirilmədiyini bildiriblər.
Milli fəallar bildiriblər ki, məhkəmənin verdiyi qərar İranın qeyri-fars millətləri, o cümlədən Azərbaycan Türklərinin ana dilinə olan münasibətini göstərəcək və bu qərar tarixdə qalacaq.
Rejim milli fəalları şərləyərək onları ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə cəmiyyət yaratmaqda günahlandırılıb. Qeyd edək ki, həmin 4 milli fəal 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilib .

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed