Şrift:
Ziya Zakir Acar: Dünya Azərbaycanlılarının Həmrəyliyi soydaşlarımızı əbədiyyətədək dövlətimizin ətrafında birləşdirəcək
25.12.2019 [14:37] - Diaspor
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycanın milli təqvimində xüsusi yeri və rolu olan bir gündür. Türkiyə azərbaycanlıları olaraq bu günü böyük sevgi və coşqu ilə qeyd edirik. Bu fikirləri açıqlamasında İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar söyləyib. Bütün dünyada yaşayan azərbaycanlıları vahid ideya ətrafında birləşdirmək məqsədi daşıyan bu bayramın təsis edilməsini Azərbaycanın dövlətçilik tarixində mühüm ideya kimi dəyərləndirən Ziya Zakir Acar deyib: “Sovetlər birliyinin süqutu ərəfəsində Azərbaycanda baş verən ictimai-siyasi proseslər Türkiyədə böyük narahatlıqla izlənilirdi. Təbii ki, Türkiyə azərbaycanlıları olaraq narahatlığımızın sərhədi yox idi. Hər qaranlıq gecənin işıqlı səhəri olur. Şükürlər olsun ki, hazırda Azərbaycanın dövlət müstəqilliyi gündən-günə güclənir. Biz azərbaycanlılar da buna görə çox qürurlanır və iftixar hissi keçiririk. Əminliklə deyə bilərik ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımızı əbədiyyətədək dövlətimizin ətrafında birləşdirəcək”.

DAVAM.AZ
“Ankara Bürosu” (Türkiyə)
Bu xəbər oxucular tərəfindən 553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed