Şrift:
Anar Rafiqoğlu: "Daha çox sosial, siyasi məsələlərə toxunacağıq"
25.12.2019 [14:55] - Borçalı
27 dekabr tarixində Gürcüstanın başkəndi Tiflisdə Atoneli teatrında "Zarafat Kolleksiyası 6" Stand up (Stendap) şousunun ssenari və səhnəciklərinin müəlifi Anar Rafiqoğlu busəfər ki, tamaşada olacaq zarafatların az bir hissəsini 24News.ge xəbər portalı ilə bölüşüb.
Onun sözlərinə görə, " 'Zarafat Kolleksiyası 6' tamaşanın özünəxas aurası və özəllikləri olacaq: "Hər tamaşanın özünəxas aurası və hansısa özəllikləri olur. Bu tamaşamızda da müəyyən fərqliliklər olacaq. Bunlardan da ən əsası "Era Teatrı"nda yer alan aktyorlarımızla birgə hazırladığımız səhnəciklərdir. Bildiyiniz kimi, daha öncə 'Zarafat Kolleksiyası 6'nda sadəcə stendap çıxışları olurdu. Əgər səhnəciklər gözlədiyimiz kimi alınsa və tamaşaçılar bəyənsə, gələcəkdə KVN tərzi bir komanda yaratmağı düşünürük".
" 'Zarafat Kolleksiyası 6'da digər tamaşalarımızda olduğu kimi daha çox sosial, siyasi məsələlərə toxunacağıq. Bəzən bizə niyə siyasi zarafatlar edirsiniz deyirlər, mən də deyirəm, çünki formatımız belədir. İnkişaf etmiş ölkələrin bu tərz proqramlarına da nəzər salsaq görərik ki, həmin ölkələrin yumoristləri də daim siyasi tənqidi zarafatlar edirlər. Biz də bu ənənəni yaratmağa çalışırıq. Bütün bunlardan əlavə, əlbəttə ki, öz başıma gələn maraqlı və gülməli hadisələrə də yer verəcəm",-deyə A.Rafiqoğlu bildirib. Gənc aktyor əlavə edib ki, "Zarafat Kolleksiyası 6" Stendap şou və səhnəciklərdə həm ümumi siyasətlə, həm də konkret bəzi siyasətçilərlə bağlı zarafatlarımız olacaq: "Adlarını qeyd etmirəm. Ayın 27-də özünüz görəcəksiniz".

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed