Şrift:
Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin 2019-cu il üzrə açıq ictimai hesabatı baş tutub
29.12.2019 [23:39] - Borçalı
Marneuli şəhərində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (“GAİM”) 2019-cu ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabat tədbiri keçirib.
Hesabat tədbirində çıxış edən GAİM-in icraçı direktoru Aygül İsayeva mərkəzin məqsəd və vəzifələri, halhazırda həyata keçirilən layihələr, mərkəz açılandan bu günə kimi görülən işlər, tədbirlər, mərkəzin qarşılaşdığı problemlər və gələcək planlar barəsində ictimaiyyət nümayəndələrinə ətraflı məlumat verib.
Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media nümayəndələri, ziyalılar, müəllimlər, valideynlər və gənclər iştirak ediblər. Keçirilən tədbirdə mərkəzin fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və gələcəkdə görülməsi üçün bir sıra təkliflər irəli sürülüb.
Qeyd edək ki, GAİM-in həyata keçirdiyi “Gənclər gələcəyimizdir – Təhsil Millətin gələcəyidir” adlı layihə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və komitə nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən dəstəklənir. Layihə çərçivəsində mərkəzdə Azərbaycan dili və Ədəbiyyat, Gürcü dili və Ədəbiyyat, İngilis dili, Tarix (Azərbaycan, Gürcüstan, Dünya), Məntiq və Riyaziyyat, Kompüter, Məktəbəqədər hazırlıq və Akrobatik gimnastika kursları həyata keçirilir. Bundan əlavə mərkəz tərəfindən gənclərin inşikafına, bilik və bacarıqlarının artırılması, vətənpərvər ruhda böyüdülməsi istiqamətində də bir sıra tədbirlər-intelektual oyunlar, ədəbi gecələr, poeziya günləri, böyük şəxsiyyətlərin anım günləri, tarixi yerlərə ekskursiyalar və s. həyata keçirilir.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed