Şrift:
Nyu-Yorkda həmrəylik günü təntənə ilə qeyd edilib
30.12.2019 [00:07] - Diaspor
Nyu-Yorkda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunmuş təntənəli gecə keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşları, digər ştatlardakı azərbaycanlı icmaların təmsilçiləri iştirak ediblər. Azərbaycanın dövlət himninin səsləndirilməsilə başlayan bayram gecəsində Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli çıxış edib. O, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, diaspor hərəkatına mütəşəkkiledici təsirindən danışıb və qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriki tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bayram gecəsi "Mənim Yolum" Uşaq və Gənclərin İnkişafı Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

DAVAM.AZ
“Vaşinqton Bürosu” (ABŞ)
Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed