Şrift:
Tehran KİV-ləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününü yenə təhqir etdi
06.01.2020 [19:33] - Güney Azərbaycan xəbərləri
Hər il dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Lakin İran adlı ölkənin mollakratiya rejiminin tabeliyində fəaliyyət göstərən media orqanları hər zaman anti-Azərbaycan möqeyindən çıxış etməklə, bu cür mötəbər mərasimlərə kölgə salmağa çalışır. Azərbaycan Türklərinin 1989-cu ildə Güney və Quzey Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi istiqamətində atdıqları addımlar 31 dekabrın Həmyərlik Günü kimi qeyd edilməsinə təkan vermişdi. Daha sonra, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu addımlar Quzey və Güney Azərbaycan Türklərinin əsarətdən xilas olaraq, yenidən vahid dövlət kimi birləşməyə olan iradəsini nümayiş etdirirdi. Lakin hər il olduğu kimi, prosesləri öz maraqlarına uyğun olaraq təhrif etməyə çalışan İran adlı ölkənin mollakratiya rejiminin əlaltıları olan media qurumları bu il də həmin hadisələri fərqli qələmə verib.
Bir neçə agentlik yaydıqları məqalələrdə “Azərbaycan Respublikasının əhalisinin həmin dövrdə İran adlı ölkəyə birləşməyə çalışdığını” iddia edirlər. Məqalələrdə müəlliflər Azərbaycan Respublikasını “həqiqətləri təhrif etməkdə” ittiham edirlər. Agentliklər, xüsusilə, Həmrəylik Günü münasibəti ilə Azərbaycan rəsmilərinin dünya Azərbaycan Türklərinə müraciətlərinə və təbriklərinə qarşı fikirlər səsləndirirlər. Məqalələrdə müəlliflər tarixi həqiqətləri saxtalaşdırmaqla, guya “Naxçıvan əhalisinin 1989-cu ildə dini şuarlar səsləndirərək, İrana birləşmək istədiyini” iddia edir. Bununla da, İran rejiminin tarixi Azərbaycan torpaqlarına qarşı irəli sürdüyü ərazi iddiaları bir daha qabardılır. Agentliklərin iddialarının əksinə olaraq, 1989-cu ildə baş vermiş sərhəd qurğularının və tikanlı məftillərin sökülməsi hadisəsi zamanı azərbaycanlıların “yadlar bizi qırınca, türklər, haydı qılınca”, “Bakı-Təbriz bir olsun, istəməyən kor olsun” kimi şuarlar səsləndirdikləri və milli ruhlu şer və mahnı oxuduqları müxtəlif vizual təsvir vasitələrinə həkk edilərək saxlanılıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed