Şrift:
Həbsdə olan milli fəal Əkbər Nəimini aclıq aksiyasına başladı
26.01.2020 [21:21] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Əkbər Nəimini qanunsuz olaraq, Tehrandakı cəzaevlərindən birində saxlandığınan görə etiraz əlaməti olaraq aclıq elan edibdir. Milli fəalın yaxınları bildiriblər ki, Əkbər Nəimi yaxalanmadan əvvəl bildirib ki, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılarsa, birinci dəqiqədən aclıq aksiyasına başlayacaq.
Eyni zamanda Əkbər Nəiminin mobil telefonu təhlükəsizlik qüvvələrinin əlindədir və onun sosial şəbəkələrdə olan hesabları, o cümlədən WhatsApp hesabı onlayn vəziyyətdədir. Rejimin məmurları fəalın özəl hesablarına girməklə ona qarşı saxta ittihamlar uydurmağa çalışırlar.
Qeyd edək ki, İran adlı ölkənin mollakratiya rejimi son bir neçə ayda daha da qəddar siyasət yürütməyə başlayıbdır. Özəlliklə də milli fəalların təqib olunması, qanunsuz olaraq iş yerlərində araşdırmaların aparılması, hətta insanların tutuqlanması ən adi hallardan birinə çevrilibdir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed