Şrift:
Etibar adlı namizədin YAP-a şikayətinə münasibət
28.01.2020 [16:46] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deputatlığa namizədliyi verilmiş 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədlərin hər birinə hörmətlə yanaşmasına baxmayaraq, bəzi namizədlər təbliğat-təşviqat kompaniyalarını ancaq F.Quliyevə qarşı qara-piyar kompaniyası aparmaq üzərində qurublar. Düzdür cəhd edilən bütün təxribatların qarşısının alınması və qurulmuş şouların demək olar ki, hamısının ifşa olunmasına baxmayaraq, ictimaiyyəti çaşdırmaq cəhdlərini inadla davam etdirirlər. Bu da məlum məsələdir ki, milli demokratik düşərgənin liderlərindən biri kimi F.Quliyevə qarşı aparılan bu kompaniya əslində Parlament seçkilərində ideyaların və düçüncələrin savaşının ifadəsidir.
Seçkilərdə qısa bir müddətlik namizəd kimi F.Quliyevə alternativ olan Etibar Əliyev də demək olar ki, bütün seçki marafonunu F.Quliyevin əleyhinə əsassız şaiyələr yaymağa həsr edib və hətta bugünlərdə YAP-a şikayət məktubu da göndərib.
Etibar Əliyev heç olmazsa seçki dönəmində ayıq başla səviyyəli davranmağa üstünlük vermir. Orta məktəbdə müəllim işindən içki düşkünü olduğu üçün qovulmuş bu adam başını başlara qoşmağa çalışır. Əvvəl təəcüblənsək də ,sonra bu təşkilatın hətta Şah İsmayılı, Babəki belə bəyənmədiklərini xatırladıq və təəccübümüz bitti.
F.Quliyevin dairədə nifrət qazandığını deyən Etibar iran qafalı, rusiya qafalılarla söhbətlərində bu nifrəti bundan sonra da eşidəcəkdir. Amma Etibara nifrət yoxdur. Bioqrafiyasında Dövlətə yadda qalan bir xidməti olmasa da ətraf məhəllələrdə onu ələ salıb əyləndiklərindən uşaq-böyük onu çox sevirlər. Sədr müavini olduğu partiyanın Fətulla Gülən himayəsində olduğunu bütün ölkə bildiyi halda adamın F.Quliyevi kiminsə himayəsində təqdim etmək cəhdi isə yalnız ironiya doğura bilər. Etibara cavab verməmək də olardı-əmin olsaydıq ki, onu danışdıran buradakı böyükləri və ya kənardakı imamları deyil.
Bir daha bəyan edirik ki, Fərəc Quliyevin özü və sədri olduğu Milli Dirçəliş Hərəkatı Partiyası bütün fəaliyyətində dövlətçilik və millətçilik prinsiplərini rəhbər tutub. Milli maraqlarımıza qarşı istənilən qüvvənin qarşısındadır. Məhz bu mövqeyinə görə də bütün məqamlarda xaricdən idarə olunanların hədəfinə çevrilir. Lakin, F.Quliyev bütün ictimai-siyasi fəaliyyətində xalqa və milli iradəyə söykəndiyi kimi, seçkilərdə də seçiciyə və əməli fəaliyyətinə güvənir, kimsə bizə mane ola bilməz! Çünki, Millət yoludur haqq yoludur tutduğumuz yol! Yolumuza davam!

MDHP mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed