Şrift:
"Avropalı Gürcüstan"ın Marneulidən olan fəal üzvləri partiya sıralarını tərk edib
10.02.2020 [10:37] - Borçalı
Müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli bələdiyyə məclisinin üzvü Adil Qurbanov partiya sıralarından istefa verdiyini açıqlayıb, eləcə də partiyanın Marneulidəki aktivistlərindən biri olan Anar Şərifov da ayrıldığını elan edib.
Məsələ ilə bağlı sözügedən partiyanın Marneuli qərargahının sədri Əhməd İmamquliyev də məlumatı təsdiq edib.
Müxalif partiyanın üzvü və Marneuli bələdiyyə məclisinin deputatı A.Qurbanov bundan sonra müstəqil faliyyətini davam etdirəcəyini bildirib: "Mən partiya sıralarını tərk edərək, azad mübarizə aparmaq istəyirəm. Hamı bilsin ki, mən artıq 'Avropalı Gürcüstan'ın üzvü deyiləm. Detallar barədə bu gün danışmaq istəmirəm. Ola bilsin ki, gələcəkdə bu haqda danışam",-deyə A.Qurbanov bildirib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed