Şrift:
“Hüquq və gənc hüquqşünaslar” layihəsi çərçivəsində təlimlərə start verilib
16.02.2020 [08:48] - Hüquq
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Dövlət Miqrasiya Xidməti (DMX), “Miqrasiya Könüllüsü” İctimai Birliyi, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin (“ELSA Azerbaijan”) və “ProDemos" İctimai Birliyinin təşkilatçılığı ilə “Hüquq və gənc hüquqşünaslar” layihəsi çərçivəsində növbəti təlimlərə start verilib.
DMX-dən bildiriblər ki, layihənin məqsədi gənclərin hüquqi biliklərinin artırılmasına və qazanılmış biliklərin tətbiqi üzrə peşəkarlıq təcrübəsinin mənimsənilməsinə dəstək verməkdir. Təlimdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Anar Ramazanov iştirakçılara “Maliyyə bazarlarına giriş: onun hüquqi aspektləri” haqqında məlumat verib. Otuz nəfərin iştirak etdiyi təlimlər fevralın 22-də başa çatacaq. Qeyd edək ki, layihə çərçivəsində tətbiq olunacaq tədris proqramı hüquq sisteminin əsasları üzrə nəzəri biliklər, hüququn fərqli sahələri üzrə biliklərin zənginləşdirilməsi, nəzəri biliklərin tətbiqi üzrə təcrübənin formalaşdırılması istiqamətlərini əhatə edir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed