Şrift:
Marneulidə 4 Təcili-Tibbi Yardım Mərkəzi və 5 Ambulatoriya bərpa edildi
20.02.2020 [11:05] - Borçalı
Marneulidə, Təcili-Tibbi Yardım Mərkəzi və Ambulatoriya mərkəzləri bərpa edilib.
Bərpa işləri üçün meria tərəfindən 394 183 lari xərclənib. Mılumata görə, Dəmyə-Görarxı, Tserakvi, Tsereteli, Xocornu və Kəpənəkçi kəndlərində dörd yeni Fövqəladə Hallar Koordinasiyası və Təcili Yardım Mərkəzinin inşası başa çatıb və bununla yanaşı 5 Ambulatoriya isə bərpa edilib.
Qeyd edək ki, tezliklə Marneuli bələdiyyəsinin Sadaxlı inzibati ərazi vahidi, Şaumiyan və Kürtlər kəndi beynəlxalq standartlara cavab verən, əhalinin yüksək, keyfiyyətli tibbi xidmət almasına imkan yaradan və bütün lazımi avadanlıqlarla təchiz edilmiş inzibati binalara sahib olacaqlar.
Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Marneuli bələdiyyəsi ilə birlikdə Fövqəladə Hallar Koordinasiyası və Təcili Yardım Mərkəzini inzibati binalarla təmin etmək üçün layihələr həyata keçirir. Şəhərdə inşa edilmiş Təcili-Tibbi Yardım Mərkəzinə - 117 891 lari, kəndlərdə isə Ambulatoriya və Təcili Yardım Mərkəzinin bərpası üçün - 276 292 lari pul xərclənib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed