Şrift:
Qardabanidə daha bir ailə yaşadığı evdən çıxarıldı
21.02.2020 [08:28] - Borçalı
Gürcüstanın Qardabani rayonunda 7 nəfərdən ibarət ailə yaşadığı evdən çıxarılıb.
Buna səbəb ailənin 10 il əvvəl götürdüyü kredit üzrə borcunu ödəməməsidir. Ötən axşam məhkəmə icraçıları Hacıyevlərin evinin qapısını qıfıllayıb. Bu zaman ailə evdə olmayıb. Evə qayıdan ailə üzvləri qıfılı sındıraraq içəri daxil olublar. Əraziyə çağırılan polis əməkdaşları ailəni güc tətbiq edərək mənzildən çıxarıb.
Qardabani rayon sakinləri Hacıyevlərin evinin qarşısına toplaşıb və ailəyə dəstək nümayiş etdiriblər. Qardabani sakinləri bildiriblər ki, son illər rayonda evləri əllərindən alınan ailələrin sayı artıb.
Qeyd edək ki, ötən həftə Qardabaninin Qaratəhlə kəndində yaşayan beşuşaqlı Hüseynovlar ailəsi də yaşadığı evdən çıxarılıb. Buna səbəb ailənin ipoteka borcunu ödəməməsi olub.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed