Şrift:
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 26 nəfər saxlanılıb
22.02.2020 [11:31] - Hüquq
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 34 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
Cinayətlərin 7-si narkotiklər, 9-u xuliqanlıqla bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 faktın üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 26 nəfər saxlanılıb.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed