Şrift:
Rustavidə Xocalı faciəsi anılıb
25.02.2020 [10:49] - Borçalı
Gürcüstanda azərbaycanlılar və gürcülər yaşayan bölgələrdə Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər davam edir. Gürcüstanın bir çox şəhər və kəndlərində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Xocalı faciəsindən bəhs edən videoçarxlar, kiçik səhnəciklər nümayiş etdirilir və soyqırımın 28-ci ildönümü ilə bağlı şeirlər söylənilir.
Bu gün Rusavidə də Xocalı soyqırımına həsr olunan anım mərasimi təşkil olunub. Tədbir “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilib. Tədbirdə faciə ilə bağlı bir dəqiqəlik sükut elan edilib, dua oxunub və faciə qurbanları ehtiramla yad edilib. Tədbirdə Rustavi şəhəri və Qaradabani rayonu ictimaiyyətinin nümayəndələri, ziyalılar, məktəblilər iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək, kütləvi qətl və qırğınlardan, Azərbaycan torpaqlarının işğalından, Xocalıda törədilən cinayətlərdən danışıb. O, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasının vacibliyindən, həmçinin bu istiqamətdə məqsədyönlü və ardıcıl fəaliyyəti daha da gücləndirməkdən də danışıb. Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri Xocalı hadisəsinin Azərbaycan xalıqna qarşı törədilən dəhşətli cinayət olduğunu bildiriblər.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.
Tədbirin sonunda Xocalıya aid, şeirlər söylənilib, bədii kompozisiya təşkil edilib və videoçarx nümayiş etdirilib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 86 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed