Şrift:
Xocalı faciəsi qanlı cinayət hadisələrindən biri kimi tarixə düşüb
26.02.2020 [09:06] - Hüquq
Bakı Şəhər Baş Polis İdarəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. İdarənin mətbuat xidmətindən bildiriblər ki, tədbir soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı çıxış edərək Xocalı faciəsinin qanlı cinayət hadisələrindən biri kimi tarixə düşdüyünü bildirib. O qeyd edib ki, 28 il əvvəl Ermənistan silahlı dəstələri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində 613 nəfər həlak olub. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi, 8 ailə tamamilə məhv edilib. Daha sonra Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev çıxış edib. Mərasimə yekun vuran rəis müavini Nurullah Məmmədxanlı ərazi bütövlüyümüzün tezliklə bərpa olunacağına əminliyini bildirib, bunun üçün sabitliyin, ictimai təhlükəsizliyin etibarlı qorunmasının önəmli olduğunu vurğulayıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 592 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed