Şrift:
Azərbaycanlı gənc Tiflisdə beynəlxalq müsabiqənin qalibi oldu
26.02.2020 [10:52] - Borçalı
Dövlət Texniki Universitetinin doktorantı Məmməd Məmmədov Gürcüstanın başkəndi Tiflisdə keçirilən beşinci beynəlxalq arxitektorlar festivalının qalibi olub. Hazırda Rustavi şəhər meriyasında baş mütəxəssis işləyən Məmməd Məmmədovun Tiflis şəhərinin mərkəzində 34 hektarlıq ərazidə yeni salınacaq yaşayış sahəsi ilə əlaqədar hazırladığı arxitektura layihəsi tələbələrin hazırladıqları layihələr arasında üç ən yaxşı layihədən biri olub.
Gəncin layihəsi diploma layiq görülüb. Artıq bir neçə müsabiqədə iştirak edən və müxtəlif nominasiyalarda layiqli yer tutan Məmməd Məmmədov həm də yaxşı rəssamdır. Onun yağlı boya və qrafika rəsm əsərlərinin bir neçə yerdə sərgisi də açılıb.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed