Şrift:
Baş Prokurorluqda növbəti kadr dəyişikliyi olub
27.02.2020 [09:12] - Hüquq
Baş prokurorun köməkçisi Zaur Axundzadə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə Baş Prokurorluğun veb-saytının müvafiq bölməsində məlumat verilib. Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.
Zaur Axundzadə Baş prokurorun köməkçisi vəzifəsindən əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ayrı-ayrı idarələrində prokuror və digər məsul vəzifələrdə çalışıb.
Qeyd edilməlidir ki, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən etibarən gənc hüquqşünasların prokurorluq orqanlarına işə qəbulu test üsulu ilə həyata keçirilir. Şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə aparılan işə qəbulun bu mütərəqqi yolu prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Təqdirəlayiq haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olmuş yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən gənc prokurorluq işçilərinə yüksək etimad göstərilərək onlar müxtəlif vəzifələrə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrə irəli çəkilirlər. Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun imzaladığı əmrlə Baş prokurorun köməkçisi, ədliyyə müşaviri Zaur Axundzadənin Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilməsi ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluq orqanlarında aparılan kadr islahatlarının uğurudur.
Bununla yanaşı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbəsinin rəisi, baş ədliyyə müşaviri Anar Nəsibov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini təyin edilib. Bu barədə Baş Prokurorluğun vebsaytının müvafiq bölməsində məlumatlar yenilənib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed