Şrift:
Marneulidə icma fəallığı haqqında müzakirə
27.02.2020 [10:49] - Borçalı
“Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsinin” Marneuli ofisinin və “Marneuli Demokrat Qadınlar Cəmiyyətinin” təşkilatçılığı ilə Marneuli Mülki Məşğulluq Mərkəzində icma fəallığı haqqında görüş keçirildi.
Müzakirə çərçivəsində “Marneuli Demokrat Qadınlar Cəmiyyətinin” sədri Olqa Endeladze və “Yeni Düşüncə İnstitutunun”-nun təsisçilərindən Kamran Əfəndiyev “Etnik Gənclərə Siyasi Mədəni İnkişafda İştiraka Dəstək” layihəsini təqdim etdilər. Layihə çərçivəsində gənclərdən ibarət icma qrupları siyasi debat mədəniyyətinin formalaşdırılması və icmalarda siyasi subyektlərlə debat təcrübəsinin tətbiq etmək üçün bir-biri ilə formal və qeyri-formal şəkildə əməkdaşlıq edəcəklər.
“Biz görürük ki, gənclərdə siyasi məlumatlanma artmalıdır. Siyasi mədəniyyətin nə demək olduğunu öyrənməliyik. Təcrübəyə əsaslanaraq siyasi debatın nə olduğunu bilməliyik”, – Olqa Endeladze deyir.
Mülki Məşğulluq mərkəzində keçirilən müzakirədə icma mərkəzlərinin /təşkilatların/ təşəbbüs qruplarının, QHT və donor təşkilatların nümayəndələri iştirak edirdilər.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 1036 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed