Şrift:
Marneulidə yeni salınmış parkın açılışı olub
02.03.2020 [11:14] - Borçalı
"Yenə də böyüyəcəklər" adlı monumental heykəlin yerləşdiyi ərazidə, yeni salınmış parkın açılışında mərkəzi və yerli hakimiyyət nümayəndələri, yerli sakinlər, dəvət olunmuş qonaqlar və mədəniyyət sahəsinin nümayəndələri iştirak ediblər. Açılış mərasimində çıxış edən Marneuli meri Zaur Darğallı, Borçalı Vilayətinin Qubernatoru Şota Rexviaşvili, Bələdiyyə sədri Amiran Qiorqadze, parlament deputatı Tamaz Naveriani və Mədəniyyət nazirliyinin əməkdaşları eləcədə digər rəsmi şəxslər çıxış edərək yeni salınmış parkın Marneuli sakinləri üçün önəmli bir hədiyyə olduğunu qeyd ediblər.
Qeyd edək ki, "Yenə də böyüyəcəklər" abidəsi və onun ətrafında salınan parkda vətəndaşların istirahəti üçün bütün şərait yaradılıb. Parkda böyüklərlə yanaşı uşaqların istirahət etmələri üçün müxtəlif qurğularda yerləşdirilib. Həmçinin parkda avtomobil dayanacağı, ayaqyolu, açıq havada hər hansı tədbirin keçirilməsi üçün mini Yaşıl Teatırda yaradılıb. 1 094 328 lari dəyərində olan layihə, Regional İnkişaf və İnfrastruktur Nazirliyi və yerli büdcə tərəfindən maliyyələşdirilib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 1411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed