Şrift:
Sərhəd keçididində qida təhlükəsizliyi məntəqələri ilə bağlı beynəlxalq təcrübə müzakirə olunub
03.03.2020 [10:07] - Hüquq
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Litva və Latviya respublikalarında səfərdə olub. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində Litva və Latviyanın Qida və Baytarlıq xidmətlərinin rəhbərləri ilə görüş keçirilib. Görüşlərdə agentliyin sədr müavini qurumun fəaliyyət istiqamətləri və son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. İlin sonuna qədər Azərbaycanda sərhəd keçid məntəqələrinin yaxınlığında qida təhlükəsizliyi məntəqələrinin yaradılacağı və bu sahədə olan beynəlxalq təcrübəni sərhəd keçid məntəqələrində tətbiq ediləcəyi bildirilib.
Görüşlərdə qida təhlükəsizliyi məntəqələrinin yaradılması təcrübəsi ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb və qida təhlükəsizliyi sahəsində gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Litvada Vilnüs Hava Limanının sərhəd keçid məntəqəsinə, Medininkaida Belarusla avtoyol, Kenada Belarusla dəmiryol sərhəd keçid məntəqələrinə, eləcə də Latviyada Paterniekidə Belarusla avtoyol, Terehovada isə Rusiya ilə sərhəd keçid məntəqələrinə baxış keçirib və hər iki ölkənin bu sahədə təcrübəsi ilə yerində tanış olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed