Şrift:
“Həyat verən gənc donorlar” layihəsi çərçivəsində qanvermə aksiyası
03.03.2020 [10:13] - Gənclik
Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdində olan "FONO" Xarici Dillər Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə XIII Qrant müsabiqəsinin qalib olan, Nəzərbəy Hacıağayevin “Həyat verən gənc donorlar” layihəsi çərçivəsində qanvermə aksiyası keçirilib. Aksiyanın məqsədi gənclərə qanvermə prosesini təbliğ etmək olub. Aksiyada qanvermə prosesində iştirak edənlərlə yanaşı, bu prosesi izləyənlərə də şərait yaradılıb.
“Hər zaman arzum fərqli bir qanvermə aksiyası təşkil etmək olub”, - deyən layihə rəhbəri Nəzərbəy Hacıağayev bu işdə ona kömək edənlərə təşəkkürünü bildirib. O deyib: “Əsas məqsədim cəmiyyətdə, xüsusilə də gənclər arasında donorluğa, qanvermə aksiyalarına yanaşmanı müsbət mənada dəyişməkdir. Həmçinin belə aksiyaların yeni standartını müəyyənləşdirməkdir. Təbii ki, mən ənənəvi qanvermə aksiyalarının əleyhinə deyiləm. Lakin ənənəvi aksiyalarda fiziki imkanları olmayan insanlar bu prosesdən kənarda qalır. Bizim yaratdığımız şəraitdə isə qanvermə imkanı olmayan gənclər prosesi izlədi. Bu layihəni həyata keçirməkdə əsas məqsədim donor ola bilməyən şəxslərin prosesin gedişində fərqli yollarla bu işə töhfə vermələrini təmin etmək idi. Qanvermə aksiyasında tanınmış sənət adamları çox idi. 100-dən çox filmdə ən yüksək inzibati vəzifəni tutmuş Rəvan Əyyubov, hər kəsin sevimlisi olan gənc aktyor Elnar Qarayev, rejissor Şəhriyar Zeyni və aktyor Zahid Türbəndidə qanvermə aksiyasında iştirak ediblər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed