Şrift:
Marneulinin bu kəndində yeni məktəb tikilir
03.03.2020 [11:19] - Borçalı
Marneuli rayonunun Qasımlı kəndində ictimai məktəbi üçün yeni bina inşa olunur.
Müasir standartlara cavab verəcək tam orta məktəb binası 2021-ci ilin sonunda hazır olacaq. Azərbaycandilli təhsil müəssisəsi 450 şagird üçün nəzərdə tutulub. Bina 24 sinif, dörd laboratoriya otağı, kompüterlərlə təchiz olunmuş müasir kitabxana, akt zalı, daxili idman zalı və həyətdə əlavə stadiondan ibarət olacaq. Qeyd edək ki, Marneulidə bu il 13 məktəbdə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulub.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 1476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed