Şrift:
Nigeriyada müsəlmanların yaşadığı kəndlərdə 50 nəfər öldürülüb
03.03.2020 [14:02] - Xəbərlər, İslam dini
Nigeriyanın Kaduna vilayətində müsəlmanların yaşadığı iki kənddə 50 nəfər öldürülüb.

Bu barədə "Africa-CGTN" informasiya agentliyi vilayətin qubernatoru Nasir Əl-Rubaiyə istinadla məlumat yayıb.

Qubernator bildirib ki, müsəlman əhalinin çoxluq təşkil etdiyi vilayətdə kəndlərə tez-tez silahlı hücumlar olur. Bununla belə, vilayətin rəhbəri silahlı dəstələrlə danışıqları istisna edib. Qubernatorun sözlərinə görə, Nigeriya ordusu vəziyyətə müdaxilə etməlidir. Əks-təqdirdə daha böyük faciələr baş verə bilər.

Vilayətin qubernatoru aralarında qadın və uşaqların da olduğu faciə qurbanlarının dəfn mərasimində iştirak edib.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed