Şrift:
Macarıstanlı alim Azərbaycan diasporunun Avropadakı fəaliyyətini təqdir edib
06.03.2020 [09:11] - Diaspor
Macarıstanın məşhur türkşünaslarından biri olan Csaki Eva Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evini ziyarət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli ilə görüş zamanı Azərbaycan musiqisinə dair yeni ideyanın yaranması barədə fikir mübadiləsi aparılıb. Csaki Eva Azərbaycan diasporunun Avropadakı fəaliyyətini təqdir edib.
Ramiz Əmirli Türk Dünyası üçün böyük işlər görmüş alimi Azərbaycan Evində görməkdən məmnunluğunu ifadə edib. O, diasporumuzun əməkdaşlığa hazır olduğunu bildirib.
Qeyd edək ki, Pozmani Peter Katolik Universitetinin humanitar elmlər fakültəsinin doktoru olan Csaki Eva 2008–2009-cu illərdə Budapeşt şəhərində Macarıstan və Azərbaycanın təşkil etdiyi elmi konfranslarda iştirak edib, ölkələrimizin xalq mahnılarının kök bağlılığı, eləcə də Azərbaycan, Macarıstan və Türkiyənin atalar sözləri və inancları haqqında mühazirələr oxuyub. Csaki Eva həyat yoldaşı Sipos Janosla birgə xalq mahnılarımızın böyük hissəsinin macar dilində çap edilməsinə nail olublar. Onlar bu istiqamətdə elmi işlərini davam etdirmək, Azərbaycanın qədim mahnılarını bütün Avropada tanıtmaq niyyətindədirlər.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 28913 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed