Şrift:
İstanbulda “Türkə soyqırımı, erməni xəyanətləri, Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib
07.03.2020 [09:40] - Xəbərlər, Diaspor
İstanbulda “Türkə soyqırımı, erməni xəyanətləri, Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.

Yesevi Alperenler Dərnəyində təşkil olunan konfransda Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek iki əsrdir türklərə qarşı törədilən soyqırımı, o cümlədən Xocalı qətliamı barədə geniş məruzə ilə çıxış edib.

Ermənilər tərəfindən Dağlıq Qarabağ, eləcə də Xocalı və Azərbaycanın digər bölgələrində törədilən soyqırımlarının dünya miqyasında öz təsdiqini tapdığını deyən məruzəçi işğalçı Ermənistanın Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilməsinin vacibliyini vurğulayıb: “Qarabağ əsrlər boyu türk yurdu olub. O bölgədəki tarixi abidələrə, heykəllərə, qəbirlərə və qayaların üstündəki yazılara baxdıqda Qarabağın hər guşəsinin türk əsərləri ilə dolu olduğunu görməmək mümkün deyil. Hələ 1813-cü və 1828-ci illərdən əvvəlki tarixə nəzər salındıqda bugünkü Ermənistan dövlətinin olduğu ərazidə yaşayan ermənilərin, ümumi əhalinin 5-7 faizini təşkil etdiyini görmək olar, əhalinin qalan hissəsi isə türklərdən ibarət olub. Anadoludan və İrandan bu coğrafiyaya köç edən ermənilərlə həmin ərazidə Ermənistan yaradıldı. Ermənilər tərəfindən də ad olaraq istifadə olunan Qarabağ və ya bölgənin paytaxtı Xankəndi əsl türk adlarıdır. Bu bölgələrin erməni dilində adlarının olmadığı kimi, ermənilərin də Qarabağa sahib olmaq üçün heç bir əsaslı səbəbləri və sübutları yoxdur”.
Xocalı soyqırımının türklərə qarşı törədilən qətliamlardan biri olduğunu deyən professor 1905, 1907 və 1918 illərdə baş verən hadisələri də xatırladıb: “Bu illərdə ermənilər tərəfindən Anadoluda olduğu kimi, Azərbaycanda da böyük qətliamlar və soyqırımılar törədilib. Bu soyqırımı aktlarından biri də 1918-ci il martın 30-da olub. Həmin zaman bir gündə 17 min soydaşımızı qətlə yetirilib”

Tədbirdə dərnəyin rəhbəri Kürşat Mican, ziyalılar, ictimai xadimlər iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed