Şrift:
Bakı şəhər sakini silahı və onun sursatını könüllü olaraq polisə təhvil verib
13.03.2020 [14:19] - Gündəm, Hüquq
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, aparılmış profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini V.Hüseynov "Mauser" markalı tapançanı və 25 ədəd patronu könüllü olaraq Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə təhvil verib.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xubyarlı kənd sakini Q.Şükürovdan bir ədəd "TOZ-16" markalı ov tüfəngi götürülüb.
Bu xəbər oxucular tərəfindən 570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed